Kənan: “Rejissor olmağıma peşmanam”

Rejissor Kənan M.M-in ATV telekanalında yayımlanan "Ləkə" serialının çəkilişləri başa çatıb.


Bu haqda Axşam.az saytına rejissor özü məlumat verib. O, yüz bölümdən ibarət olan ekran işinin may ayına kimi yayımlanacağını bildirib:

"Serial ümumilikdə yüz bölüm olacaq. May ayında finaldır. Həmin vaxta kimi göstəriləcək bütün seriaları çəkib bitirmişik. Yaxın günlərdə yeni film çəkəcəyəm. Bu, komediya janrında olacaq. Ekran işində "Bozbash pictures" komandasını çəkəcəyəm. Yerli aktyorlara müraciət edəcəyəm. Amma operator Türkiyədən gələcək".

Kənan M.M rejissorluq fəaliyyətindən yorulduğunu bildirib:

"Rejissor olduğum üçün çox peşmanam. Bu iş başdan-ayağa əsəbdir. Məni yoran çox səbəblər var. İlk növbədə isə aktoyrların qeyri-peşəkarlığı və tamaşaçıların tənqididir. Bir də görürsən, irad tuturlar: filan aktrisanın corabı səviyyəsizdir.

Amma "Fatmagülün suçu nə" serialında Beren Saat serial boyunca zövqsüz güllü libasını əynindən çıxarmadı. Ona təriflər yağdırırdılar. Bütün bunlar insanı yorur, işdən bezdirir. Bir daha şansım olsaydı, bu sənəti seçməzdim".

AzNews.az