“Mir Mövsüm Ağaya and olsun ki, ANS yalan yazıb” - Telli

"ANS-dən mənə zəng edib sazçalan Namiqlə bağlı sual veriblər. Deyiblər ki Namiq saz çalıb oriental oynayıb. Mən də onunla danışmadığım üçün dedim ki, burada yoxam, Masalıdayam. Bunlar da götürüb yazıb ki, Telli Masallıya toya gedib. Bu necə inandırıcı olar bilər ki, Telli haradasa ad günü eləsin, toya getsin…

Belə şey ola bilməz Mir Mövsüm Ağanın qəbrinə and olsun ki, elə şey olmayıb, ANS yalan yazıb".


Bunu AzNews.az-a Aşıq Telli bildirib.

O, bununla bağlı ANS-in "Günəbaxan" verilişinin prodüserinə öz iradını bildirsə də, heç bir mənası olmayıb. Aşıq isə bu məsələdə sona kimi gedəcəyində israrlıdır:

"ANS-ə zəng etdim. "Günəbaxan" verilişinin prodüseri Könüllə danışdım. Dedim ay Könül bu nədir? Əhvalatı danışdım. Nə qədər şərəfsizdir o gədə. İnsanların əsəbi ilə oynamaq nəyə lazım? Sən faktı yaz da. Bu dəqiqə ANS-ə zəng edəcəm. Bu məsələdə axırına qədər gedəcəm.

Bəsdirin də, nə qədər yalan xəbərlər yaymaq olar. Bu yalanlarla insanları xəstə eləmisiniz. Bir başa ora gedəcəm. Bunu belə qoymaq olmaz. Təcili təkzib verməlidirlər. Yoxsa məhkəməyə müraciət edəcəyəm".

Xatırladaq ki, ANS Aşıq Tellin 20 Yanvar toyda iştirak etməsi barədə məlumat yaymışdı.



Bahar Rüstəmli
AzNews.az