06:42
(077) 610-22-33

“Adını Feriha Koydum” yeni sürprizlərlə gəldi

  • >
897 17 Avqust 2012 12:48 | Şou-biznes

"Adını Feriha Koydum" yeni mövsümdə izləyicilərinin görüşünə gəlib. Artıq serialın gedişatı da bəlli olub. Maraqla gözlənilən "Adını Feriha Koydum - EmirinYolu"-nun ilk fraqmenti "Show TV" ekranlarında tamaşaçıları sevindirib.

Qeyd edək ki, "Show TV"də cümə günləri təqdim olunan bu serialın yeni mövsümdəki ilk təqdimatında böyük sürprizlər də olub. Həmçinin, ötən mövsümdə Ferihasını itirən Emir bu il tam fərqli bir obrazla və adla yenə də tamaşaçını heyrətləndirməyə davam edəcək. Qeyd edək ki, seriala yeni obrazlar da əlavə olunacaq.

Onu da bildirək ki, serialdakı Emir rolu üçün saçlarını qısa kəsdirən yaraşıqlı aktyorun yeni imici pərəstişkarlarının çox xoşuna gəlib.

Əminə
AzNews.az

Bağla X