İlhamə Quliyevanın sözləri linqvistik ekspertizada

Xalq artisti Naspəri Dostəliyeva ilə İlhamə Quliyeva arasında məhkəmə predmeti olan "Mən yemirəm, yedizdirirəm" ifadəsi ilə bağlı linqvistik ekspertizanın rəyi açıqlanmayıb.

Bu barədə AzNews.az-a Xalq artisti İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov məlumat verib.

Onun sözlərinə görə, hazırda məktub ekzpertizadadır: "Məktub ekspertizadadır. Hələlik bizə cavab gəlməyib. İş bizə çatan kimi məhkəmə prosesinin vaxtı və nəticəsi açıqlanacaq".

Xatırladaq ki, Nazpəri Dostəliyeva Xalq artisti İlhamə Quliyevanın ATV kanalında yayımlanan "Ümid var" verilişində onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr işlətdiyini iddia edərək 200 min manat təzminat tələb edir.

Bahar Rüstəmli
AzNews.az