“Nazlı-nazlı yarım” mahnısı mənə 100 min qazandırıb”. “Nazlı-nazlı yarım” mahnısı mənə 100 min qazandırıb”.

Səməd Səmədov: “Ara mahnısından 100 min qazanmışam”

“Nazlı-nazlı yarım” mahnısı mənə 100 min qazandırıb”.




Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, "toylar kralı" Səməd Səmədov deyib.

Onun sözlərinə görə, elə mahnılar var ki, ifaçıya bir manat qazandırmayıb:

"Baxın, bu mahnını bəyənmirlər. Deyirlər, ki, ara mahnısıdır. Amma nə olsun? Bu mahnının mənə qazandırdığı puldan Bakıda villa tikdirmək, yaxud da maşın almaq olar. Elə mahnı var ki, bir manat pul qazandırmır. Sənətkarın pulu mahnıdan çıxır".

S.Səmədov "Xalq artisti" fəxri adı almasına baxmayaraq indiyə qədər solo konsert proqramı ilə çıxış etmədiyini vurğulayıb:

"Bundan sonra da solo konsert proqramı ilə çıxış etməyəcəyəm. Mənim solo konsertim toy məclisir. Kim deyə bilər ki, Səməd Səmədov bu günə kimi solo konsert verib? Konsertdə 2 min tamaşaçı olur. Mən isə ayda 25 toy edirəm. Hərəsində də necə yüz adam olur. Üst-üsə gələndə gör neçə konsert edir. Səməd toy oxuyur. Mən xalqımın el şənliyi üçün doğulmuşam. Xalq artisi adı da mənə elə buna görə verilib".

Bahar Rüstəmli
AzNews.az