17:35
(077) 610-22-33

“Məhəbbət Kazımovun arzusu ürəyində qaldı“- Aygün Kazımova

  • >
4 502 27 Yanvar 2014 13:40 | Şou-biznes

Xalq artisti Aygün Kazımova əməkdar artist Məhəbbət Kazımovun ailəsinə başsağlığı verib.

Axşam.az-ın məlumatına görə, müğənni səhər saatlarında aldığı xəbərə çox üzüldüyünü və dərhal ifaçının ailə üzvləri ilə əlaqə saxladığını bildirib:

"Məhəbbət Kazımov sevə-sevə dinlədiyim ifaçılardan biri idi. Onun ölüm xəbəri mənə pis təsir etdi. Ailəsi ilə əlaqə saxlayıb başsağlığı verdim. Onun bir arzusu var idi: Laçına getmək. Heyif ki, bu istəyi ürəyində qaldı. Bu hamımızın arsuzudur. İnşallah, biz, onun nəvələri, övladları Laçına gedər. O gün hamımıza nəsib olacaq. Məhəbbət Kazımovun ruhu şad olsun, Allah ona rəhmət etsin. Ailəsinə isə səbir arzulayıram. O, səhnəmizin unudulmaz ifaçısıdır, biz onu yaddan çıxarmayacağıq".

Qeyd edək ki, 61 yaşlı Məhəbbət Kazımov bu gün səhər saatlarında epilepsiyadan dünyasını dəyişib.

AzNews.az
Bağla X