04:59
(077) 610-22-33

“Adını Feriha koydum”un ssenarisi alt-üst oldu

  • >
1 145 18 Avqust 2012 12:25 | Şou-biznes

Kasıb olmağından utanıb özünü yalanlarının uçrumuna atan bir qızın həyatından danışan "Adını Feriha Koydum" serialının ssenarisi tamamilə dəyişib. Bu, Feriha rolunu oynaya Hazal Kayanın gözlənilmədən serialı tərk etməsindən sonra baş verib. Hazırda seriala yeni 3 gözəl xanımın qatılacağı bildirilir.

Bunlardan biri - Beril Kayar adlı aktrisa Ferihanın kənddən gələn süd bacısı rolunu oynayacaq. Digər iki qadınlardan biri pedaqoq, digəri isə polis rollarını canlandıracaq.

Qadın rolunu oynayacaq aktrisanın da adı artıq bəllidir. Türkiyə mətbuatının xəbərinə görə bu, "Leyla ilə Məcnun" serialından məşhur olan Zeynep Çamcı olacaq. Qeyd edək ki, bu obraz baş qəhrəman Əmirin məşuqəsi kimi çıxış edəcək.

Əminə
AzNews.az

Bağla X