“Aygün pul yığandır?” – Tolikdən dava açıqlaması


Yanvarın 26-da 43 yaşını qeyd edən xalq artisti Aygün Kazımovanın ad günü ilə bağlı qalmaqallı xəbərlər səngimək bilmir.


Məlumata görə, həmin günü efirdə olan A.Kazımova ilə prodüseri Tolik arasında gərgin anlar yaşanıb.

Guya verilişin reklam fasiləsi zamanı münaqişə daha da böyüyüb və Tolikin Aygünün ünvanına ağır sözlər deyərək, studiyanı tərk edib. Bundan başqa veriliş zamanı proqrama dəvət olunmuş şou-biznes nümayəndələri xanım sənətçinin ad gününə əliboş gəlib. Yanvarın 27-də isə davam edən tədbirdə o, həmkarlarından içərisində ən azı min manat pul olan zərfi alıb.

AzNews.az-a danışan xalq artisti Aygün Kazımovanın prodüseri Tolik in (Tarıx Əliyev) sözlərinə görə, Aygün Kazımovanın canlı efirində gedən tədbirinə heç bir müğənni dəvət olunmayıb:

"Mən Aygün xanımla necə dava edə bilərəm ki, yanvarın 27-də ona yenidən o boyda tədbiri təşkil etmişəm? Pul məsələsinə gəlincə, Aygün Kazımovanın toyu idi ki, pul yığılsın? Kim yığıb bu pulu? Sizcə Aygün Kazımovanın pula ehtiyacı var?

Aygün Kazımovanın canlı efirində gedən tədbirinə heç bir müğənni dəvət olunmayıb. Canlı efirə o, kimi çağırmışdı ki, hədiyyə də gətirməsin. Xəstələr, görünür bunu yazanların reklama ehtiyacı var. Aygün neyləməlidi? Ona gətirilən birillyantları, güllər, hədiyyələri nümayiş etdirməliydi? Aygün pul yığandır? Bu xəbərləri yazanlara ayıb olsun".

Bahar
AzNews.az