11:17
(077) 610-22-33

Model Günay Musayeva: “Azərbaycana gələn kimi məhkəmə salonlarına ayaq döyəcəm”

  • >
1 166 18 Avqust 2012 13:02 | Şou-biznes

Azərbaycanlı model Günay Musayeva yenə gündəmə gəlib. İndi bir sıra mətbu orqanda modelin oğluna kiçik toy etdiyi və Diaspor Komitəsinin sədri Nazim İbrahimovla kirvə olduğunu yazır.

Bu məsələylə bağlı model öz "facebook" səhifəsində status yazıb. Bu statusu olduğu kimi təqdim edirik: "Bu xəbərin haradan uydurduqlarını bilmirəm. Səhər bir dostum vasitəsi ilə ismarıc göndərmişdi, məndə "heç kimə müsahibə vermirəm"- deyə cavab atdım. Demədim ki, yoldaşım icazə vermir və yaxud da azərbaycanlılara müsahibə vermirəm. Amma hər şeyin öz zamanı var . Hələ ki, heç kimə, nə türk, nə azərbaycanlılara müsahibə vermək istəmirəm. Ayrıca heç kim mənim bu seçimimə qarışa bilməz!...

Dilimdən çıxmayan hər hansı bir sözü xəbər etməyin! Çox lazımlı bir açıqlamam olsa olduğu kimi yazın uydurmayın! Oğluma kiçik toy eləmədim. Bu baş verən zaman hamınızın xəbəri olacaq, yayımladığım hər şəkli xəbər etməyə ehtiyac yoxdur . Belə səbəblərə görə, sosial şəbəkələrdə bir daha şəkil paylaşmayacam. Öz yazınızı məşhur etmək üçün isə məndən başqa bir sıra siyasi adamların adını da istifadə eləməyin. Bu çıxan xəbərlərdən ötrü Azərbaycana gələn kimi məhkəmə salonlarında uzun müddət ayaq döyəcəyimə əminəm. Haqqımda yanlış xəbərlər yayan hər kəs bunun hesabını verəcək".

Əminə
AzNews.az

Bağla X