Günel: “Maral”ı ilk dəfə mən oxumuşam”

Müğənni Azəri Günel Zeynalova maraqlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Telemaqazin" verilişinə açıqlamasında müğənni Nadir Qafarzadənin "Maral" mahnısını ilk dəfə özünün oxuduğunu iddia edib:

"Bu mahnını 2008-ci ildə ifa etmişdim, albomumda yer alacaqdı. Amma sonra mahnıların sayı çox oldu, mən də bunu çıxarmaq istədim. Mahnının adını "Balam" qoymuşdum. Həmin bəstəni Türkiyədə aranjiman etdirmişdim. İndi də avtomobilimdə var, hərdən qulaq asıram. Mən onu fərqli formada təqdim edə bilərəm. Bu mahnıya görə heç kim məni qınaya bilməz. Çünki bəstəkarına pul ödəyib ondan almışam. Qalmaqalla işim yoxdur. Başımı aşağı salıb işimlə məşğulam".

AzNews.az