07:22
(077) 610-22-33

Bəstəkar Elza Seyidcahanı ifşa etdi

  • >
3 474 31 Yanvar 2014 14:16 | Şou-biznes


"Siluet Pro" prodüser mərkəzinin direktoru, uzun illər Ədalət Şükürovun prodüseri olmuş, tanınmış rejissor və bəstəkar İlqar Əkbərov gözlənilməz açıqlama verib.


Bəstəkar AzNews.az-ın əməkdaşı ilə söhbətində Elza Seyidcahanın onun haqqını yediyini bildirib: "Bir necə verilişdir ki, Elza mənim aranjiman etdiyim "Ölürəm" adlı mahnını oxuyur. Axırda da deyir ki aranjiman Yaşar Baxışındı. Dünən də Kamran Həsənlinin "Sizin saat" verilişində yenə də həmin mahnını oxudu. Və yenə də aranjiman Yaşar Baxışa məxsus olduğunu bildirdi. Adamı yandıran odur ki, bu aranjimanın pulunu mənə 9 aya hissə-hissə verən adam nə tez yaddan çıxardıb bunu? Yəqin qocalıb yaddaşı zəifləyib. Ümumiyyətlə, o tez-tez belə "yaddaşsızlığa" yol verir".

Bahar Rüstəmli
AzNews.az
Bağla X