23:47
(077) 610-22-33

Yusif Mustafayev haqqında yayılan məlumatlardan danışdı: “Hamısı yalandı”

  • >
12 365 31 Yanvar 2014 17:00 | Şou-biznes

"Mənimlə bağlı yayılan bütün söhbətlərin hamısı yalandır. Mən bu günlərdə heç bir toyda olmamışam. Məhəbbət Kazımov mənim sənət yoldaşım, dostumdur. Onun ailəsi gözü yaşlı olduğu halda mən toyda necə oxuya bilərəm?"


Bunu AzNews.az-a müğənni Yusif Mustafayev bildirib. M.Kazımovun ölümü ilə barışa bilməyən sənətçi ağladığını, pərişan olduğunu gizlətmədi:

"Yazıblar guya mənim ürəyim gedib, xəstəxanaya düşmüşəm, ağır vəziyyətdəyəm. Amma belə deyil. Bir insan kimi ağlamışam. Hər bir kəs əzizini itirəndə ağlayır. Amma nə xəstəxanalıq olmuşam, nə də Əlibayramlıda toyda olmuşam. Elə bir toy olubsa,yəqin onun videosu da var, çıxarsınlar ortaya".

Xatırladaq ki, dünən sosial şəbəkələrdə əməkdar artist Məhəbbət Kazımovun dəfn mərasimindən sonra Yusif Mustafayevin toyda olduğu haqqında məlumatlar yayılmışdı.

Bahar Rüstəmli
AzNews.az
Bağla X