Məşhur aktrisa bir neçə gün Bakıda olacaq Məşhur aktrisa bir neçə gün Bakıda olacaq

Aydan Şener Bakıya gəlir

Məşhur aktrisa bir neçə gün Bakıda olacaq



Türkiyənin tanınmış aktrisası, "Çalıquşu" serialının qəhrəmanı Azərbaycana gəlir. Aydan Şener bir neçə gün Bakıda olacaq. Bu barədə milli.az-a tanınmış türkiyəli aktrisanın vətənimizə səfərini təşkil edən mərkəzin əməkdaşı Vüsalə Ümidəliyeva məlumat verdi.


Onun sözlərinə görə, Aydan Şener avqustun 23-də Bakıya təşrif buyuracaq və reklam siması olacağı şirkətin çəkilişlərində iştirak etməkdən ötrü ayın 29-na qədər paytaxtımızda qalacaq.

Qeyd edək ki, Aydan Şener, tanınmış türk yazıçısı Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı əsasında ekranlaşdırılmış eyni adlı serialda oynadığı Fəridə obrazı ilə məşhurlaşıb.


AzNews.az