Məşhur cütlüyün 65 min manatlıq səyahəti

Kenan Doğulu Los-Anclesdə keçirdikləri 3 həftədən sonra Beren Saata sürpriz edib. Belə ki, o sevgilisini kiçik dünya turuna çıxarıb. Türk mətbuatının yazdığına görə, sevgililər əvvəl Miamini, Meksikanı gəzib, oradan da Kubaya keçiblər.


Növbəti səyahət ünvanı isə Haiti və Yamaykadır. Cütlük tətilin yekununu yenə Los-Ancelesdə edəcək. Sentyabrın ilk günlərində isə Türkiyəyə dönəcəklər. Qeyd edək ki, iki aylıq turun hesabı isə təxminən 40000 AZN təşkil edib.

Kenan Doğulu ilə Beren Saat tətil boyunca 5 ulduzlu otellərdə qalıb, ən bahalı şərablardan içib, lüks gecə klublarında əyləniblər. Bundan başqa, gəmi belə kirayələyiblər. Üstəlik , məlum hesaba hələ Beren Saat ilə Kenan Doğulunun Los-Ancelesdə xərclədiyi şopinq pulu daxil edilməyib. Sevgililər ilk 3 gündə 25000 manatlıq paltar, ayaqqabı və aksessuar alıb. Yəni bu səyahət ümumilikdə 65 min manata başa gəlib.


Əminə

AzNews.az