Melisa Aslı şikayət ərizəsi yazdı

"Miss Türkiyyə -2011" yarışmasının qalibi Melisa Aslı Türkiyə Baş nazirliyinə şikayət ərizəsi ilə müraciət edib. Ərizədə ona aşiq olan E.A adlı xanımın onu rahat buraxmadığını bildirib.


Həmin xanımla tanış olduğu zaman hər şeyin normal olduğunu bildirən Aslı bir müddət sonra onun hərəkətlərinin dəyişdiyini görüb, ondan uzaqlaşıb. Lesbian xanımın onu öldürməklə şantaj etdiyini bildirən gözəl Türkiyə polisindən kömək gözləyir. Həmin xanım isə onun haqqında deyilənləri təkzib edib.


Səadət Abbaslı

AzNews.az