Bred Pitt Sultan Süleymana qarşı

Yeni mövsümdə Hollywood ulduzu Bred Pittlə daha çox diqqət çəkməyi məqsəd qoyan "Muhteşem Yüzyıl" serialının prodüsseri Timur Savcı, pul kisənin ağızını açıb.


Brad Pitin Türkiyəyə gəlib-gəlməyəcəyi mövzusunda ciddi müzakirələrin getdiyi bu günlərdə Tims hədəfinə bir addım daha yaxınlaşdı. "Muhteşem Yüzyıl" də Qanuni Sultan Süleymanı canlandıran Halit Ergenç və Mahidevranı oynayan Nur Fettahoğlu Brad Pittin serialda iştirak etməyəcəyini bəyan ediblər.

Amma prodüsseri Timur Savcı isə bilidirib ki, gizlicə aparılan danışıqlar sona çatıb və ulduza bir bölüm oynaması üçün 1 milyon dollar təklif edilib. Aktyor "Muhteşem Yüzyıl" serialında çəkilmək üçün razılıq versə, ona Qanuni Sultan Süleymanın düşməni rolu veriləcək.

Əminə

AzNews.az