22:18
(077) 610-22-33

Aydan Şenerin Bakı səfərinin proqramı əlimizdə - Eksklüziv

  • >
1 290 23 Avqust 2012 14:12 | Şou-biznes

Xəbər verdiyimiz kimi "Çalıquşu" serialda oynadığı Fəridə obrazı ilə məşhurlaşan Aydan Şener Azərbaycana gələcəkdi. Aktrisa artıq Bakıdadır. A.Şener Bakı səfərinin proqramını eksklüziv olaraq AzNews.az-a açıqlayıb.

Belə ki, o, "Germani de capuccini" markalı məhsulun reklam çəkilişi üçün 10 gününü Azərbaycanda keçirəcək. Markanın siması seçilən Aydan Şener ilk çəkilişlərinə Masallı rayonunda başlayacaq. 3 gününü Masallıda keçirəcək aktyor qalan günlərdə Bakıda olacaq.

Aktrisa deyib ki, reklam çarxının rejissoru Şahin Zəkizadədir. Aydan xanımın geyimlərini isə tanınmış modelyer Zümrüd Mirzəliyeva hazırlayır. Qeyd edək ki, aktrisa bu gün saat 19:00-da KİV üçün mətbuat konfransı keçirəcək

Əminə
AzNews.az
Bağla X