Röya: “Dövlətimiz hələ o günə qalmayıb ki , Əli Mirəliyev kimi nazirimiz olsun” Röya: “Dövlətimiz hələ o günə qalmayıb ki , Əli Mirəliyev kimi nazirimiz olsun”

Elza Seyidcahan: “Əli, yaxın zamanlarda səni özüm ifşa edəcəm”

Röya: “Dövlətimiz hələ o günə qalmayıb ki , Əli Mirəliyev kimi nazirimiz olsun”



Bu günlərdə AzNews.az-ın Əli Mirəliyevlə müsahibəsi yayımlanıb. Müsahibədə adı hallandırılan bəstəkar-müğənni Elza Seyidcahan Əli Mirəliyevin onun haqqında səsləndirdiyi iradları cavabsız qoymadı.

Onun sözlərinə görə, Əli Mirəliyevdən istifadə edirlər: "Mənim Əliyə yazığım gəlir. O çox saf insandır və tanınmış şəxslərdən biri onu öyrədib ortalığa salır. Əslində onu öyədib danışdırırlar. Bir dəfə də belə olanda Əli evimə gəlib məndən üzr istədi. Əslində ona təşəkkür eləməliyəm ki, yayın günündə evdə oturduğum yerdə KİV-də adımı çəkib məni məşhur edir. Amma o heç kimə yox, özünə pislik edir. Belə boş-boş işlər görməkdənsə, gedib öz işi ilə məşğul olsun, Bəlkə, ortaya layiqli bir iş çıxara və titul ala".

E. Seyidcahan Əli Mirəliyevi öyrədən şəxsə də ismarıc göndərdi: "Kimisə öyrədib ortalığa salmaqla heç nəyə nail olmayacaqsan. Elə cəsarətin varsa, özün çıx ortaya. Yoxsa yaxın zamanlarda özüm səni ifşa edəcəm və onda sənin üçün pis olacaq".

Müğənni Röya isə əməkdaşımızla söhbətində Əli Mirəliyevin ünvanına ağır ifadələr səsləndirib. Onun nazir olmaq istəyilə bağlı isə bunları söyləyib: "Çox şükür Allaha, dövlət hələ o günə qalmayıb ki , Əli Mirəliyev kimi nazirimiz olsun. Allah xalqımızı və dövlətimizi o günlərdən qorusun".

Əminə
AzNews.az