12:34
(077) 610-22-33

Kamran Həsənli Çingiz Əhmədovu ittiham etdi

  • >
1 373 24 Avqust 2012 13:41 | Şou-biznes

Şoumen hesab edir ki, verilişin aparıcısı özü olsaydı, “Toylar kralı” bağlanmazdı



Şoumen Kamran Həsənli sentyabrda tamaşaçıların görüşünə yeni layihələrlə gəlir. AzNews.az-a açıqlamasında Kamran Həsənli bildirdi ki, üzərində hazırlıq işləri gedən layihələr tok-şoulardan ibarət olacaq: "Televiziyada təqdim etdiyim bütün verilişlərim geniş tamaşaçı məhəbbətinə səbəb olub. İnanıram ki, "Space"də yeni yayımlanacaq tok-şoular da uğur qazanacaq".

K.Həsənli "Toylar kral" layihəsinin bağlanmasına da münasibət bildirdi. Onun fikrincə, əgər verilişin aparıcısı özü olsaydı, "Toylar kralı" uzunömürlü olacaqdı: "Çox təəssüf ki, həmişə belə olur. Amma mən o verilişin bağlanmasını arzulamazdım. Necə olmasa da "Toylar kralı" mənim adımla bağlıdır".

Lalə
AzNews.az
Bağla X