14:13
(077) 610-22-33

Humay Qədimova da “Bizimkilər”də

  • >
1 208 3 Mart 2014 08:52 | Şou-biznes

Tarzən Humay Qədimova yeni layihəyə dəvət alıb.

O, "Bizimkilər" layihəsində iştirak edəcək.

AzNews.az-a açıqlamasında H.Qədimova bildirib ki, layihənin ideya müəllifi Seyfulla Mustafayev tərəfindən dəvət alıb: "Ramiz Quliyev, Şəfiqə Eyvazova, Alim Qasımov və Fərqanə Qasımova, Ənvər Sadıqov, Rəşad İlyasov, Ənvər Sadıqov, Nazpəri Dostəliyeva, Almaz Orucova, Murad Dadaşov, Eldar Qasımov, Çingiz Mustafayev, İzzət Bağırov kimi sənət adamları ilə təmsil olunacaq. Bu cür kollektivlə belə bir layihədə çalışmaq, əlbəttə ki qürurvericidir. Çəkilişlər başa çatıb. Burada əsas məqam dünyaca məşhur hitlərin milli alətlərimizdə səslənməsidir. Tarda əcnəbi musiqilərin səslənməsi bir başqadır. Milli alətimiz bu səpkidə də imkanlarını bir daha göstərə bildi. Tezliklə tamaşaçılar bunu izləyəcəklər".


Bahar
AzNews.az
Bağla X