10:25
(077) 610-22-33

“ANS-in işi-gücü qurtarıb...” - Aslan

  • >
2 970 3 Mart 2014 09:39 | Şou-biznes

Müğənni Aslan Hüseynovun bir qalmaqaldan qurtarmamış ikincisi başlayıb.

Bu dəfə onun ünvanına meyxanaçı Elvin sərt sözlər işlədib. Müğənni isə onunla üz-üzə gəlməyi, hətta ona cavab verməyi belə özünə sığışdırmadığını bildirib. AzNews.az-a açıqlamasında A.Hüseynov deyib ki, sözü gedən qalmaqalla bağlı ANS telekanalının "Adam içində" verilişindən ona dəvət gəlib. Amma müğənni həmin verilişə getməkdən imtina edib: "ANS-in işi-gücü qurtarıb, deyəsən. Meyxanaçı da mənimlə gündəmə gəlmək istəyir. Elgizin verilişindən dəvət gəldi. Dedilər ki, gəlin bu qalmaqalı burada davam etdirək. Verilişin reklamı da gedir. Amma mən həmin verilişə getməkdən imtina etdim".

Bahar Rüstəmli
AzNews.az
Bağla X