10:30
(077) 610-22-33

“Hər kəsi güllələyək?” - Roza Zərgərli

  • >
1 437 5 Mart 2014 09:43 | Şou-biznes


Müğənni Roza Zərgərli açıq-saçıq səhnələrin yer aldığı son klipindən sonra ona ünvanlanan tənqidi fikirlərə münasibət bildirib.

AzNews.az-ın məlumatına görə, Roza Zərgərli özünün "Facebook" səhifəsində yazıb ki, tək kişilərdə deyil, qadınlar arasında da seksual azlıqlar var:

"Hər kəsi tutaq güllələyək? Onlar da cəmiyyətimizin insanlarıdır. Məsələn, Meral Konratı Türkiyədən gətirib Azərbaycanın divasi – seksual qadını etdilər. Aktyorun belə rol ifa etməsi ayıb deyil. Belə səhnələrə öz aktrisalarımızı cəlb etmək lazım idi. Bizdə belə şeylərə pis baxırlar. Lakin, 50 yaşlı kişinin 15 yaşlı qıza baxmasını normal hesab edirlər. Aktrisa sevgi səhnəsi oynaya bilməz, ancaq gizli hər şey olar?".

Bahar
AzNews.az
Bağla X