Nadir Qafarzadə: “Evə dönəndə həyat yoldaşımı tapa bilmirəm”


Adı qalmaqallarda hallanan müğənni Nadir Qafarzadə "Şou+" verilişində öz həyatı ilə bağlı şok açıqlama verib.

AzNews.az-ın məlumatına görə, Nadir Qafarzadə deyib ki, televiziya efirlərindəki çıxışlarının hər biri ailəsində söz-söhbət yaradır: "Verilişdə sual verirlər, cavablandırıram. Evə dönəndə həyat yoldaşımı tap bilmirəm. Mənə yazır ki, bunlardan əl çəkməsən ailəmiz dağılacaq. Ailəmi dağıdan sənəti istəmirəm".

N. Qafarzadə bildirib ki, 21 ildir ailəsini yumruq kimi qoruyub saxlaya bilib: "Şou-biznesin adı pis çıxıb. İstəmirəm buranı. Bundan sonra verilişlərə qatılmayacağam. Hansı verilişdə ancaq oxuyacağamsa, yalnız ora gedəcəyəm. Dedi-qodu verilişlərinə çıxmayacağam. Məndən istifadə edirlər. Yalan olanda tez əsəbiləşir, nə gəldi danışıram. Özümə nifrət edirəm, daha efiri istəmirəm, bezmişəm".

Bahar
AzNews.az