Faiq Ağayev: “Xanımlar “kişilər günü“ təyin etsin“

Xalq artisti Faiq Ağayev "Günə baxan" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, müğənni kişilər gününün olmamasından şikayətlənib:

"Nə olar, xanımlar yığışsın, öz aralarında bir kişilər günü təyin etsinlər. Ya da bir atalar günü olsun. Övlad üstündə tək zəhməti analar çəkmir ki, ataların da əməyi var. Bunu müzakirəyə qoyub qəbul etdirmək lazımdır".

AzNews.az