Müğənnidən tibb işçilərinə ismarış: "İnsanları bədbəxt etməyin"

Tanınmış estrada ifaçısı Elmira Ələkbərzadə bəzi tibb işçilərini naşılıqda ittiham edib.

AzNews.az-ın məlumatına görə, o bu fikirlərini özünün "Facebook" səhifəsində yazıb.

E. Ələkbərzadə bildirib ki, dövlət tibb işçiləri üçün lazımı şərait yaratsa da, onlar hələ də insanları şikəst və bədbəxt etməkdən çəkinmir: "Şəhərdə 20 faiz savadlı həkim qalıb. Onlardan da elə yapışmışıq ki, vətənimizdən çıxıb getməsinlər. Dövlətimiz tibb sahəsində çox gözəl işlər görüb və həkimlərimiz üçün şərait yaradıb. Savadınızı artırın, oxuyun ki, insanları bədbəxt etməyəsiniz. Dövlət başçımız bizim üçün hər şey edir, amma heç birimiz baş işlətmək, kitab oxumaq, savadımızı artırmaq istəmirik. Elə istəməyə-istəməyə yazıq insanları şikəst bədbəxt edirik. Həkimin ağılı, savadı olmalıdır, nəinki xalatda 4 dənə cibi...".

Bahar
AzNews.az