15:10
(077) 610-22-33

Təranə və Musa 1 milyonluq villalarından danışdı- FOTO

  • >
2 346 12 Mart 2014 12:42 | Şou-biznes

"Sevgi olan yerdə qısqanclıq olmalıdır”



Müğənni Musa Musayev və Təranə Qumral "Şou+" verilişini evində qonaq edib.

Axşam.az-ın məlumatına görə, cütlük bir-birinə olan sevgisini yenidən etiraf edib. Təranə Qumral həyat yoldaşının onu çox qısqandığını bildirib:

"Mən heç Musadan küsməmişəm. Onun o qədər gözəl içi var ki, ondan incimirəm. Bir də görürsən, bəzəyimə, paltarıma qısqanclıq edir. 1 milyonluq evimiz var, villadır. Qubada yerləşir. Hazırda orada təmir gedir".

Musa Musayev isə Təranənin ünvanına təriflər yağdırıb:

"Təranə bütün gününü ailəsinə ayırır. Evdə yeməkləri belə özü hazırlayır. Onu çox qısqanıram. Amma Təranənin xoşuna gəlir. Sevgi olan yerdə qısqanclıq olmalıdır".

T.Qumral həyat yoldaşının ona ad günündə özəl masa bağışladığını bildirib. Həmin masanın üzərində Təranənin fotoları düzülüb.

AzNews.az
Bağla X