Brilliant Dadaşova: “Mən musiqinin anasıyam“

Xalq artisti Brilliant Dadaşova ona təqdim edilən yeni bəstələrdən məmnun deyil.

Axşam.az xəbər verir ki, bu barədə müğənni "Şou+" verilişinə açıqlamasında deyib:

"Evdə yeni mahnılardan ibarət o qədər disklər var ki... Heç birini bəyənmirəm. İşlənmiş, köhnə mövzular üzərində çalışırlar və bu da olur yeni bəstə. Belə mahnılar istəmirəm. Başa düşmürlər ki, mən musiqinin anasıyam, bu cür halları qəbul etmirəm. Gərək tam yeni bir mövzu olsun ki, mən onu oxuyam".

Oğlu ilə bağlı suallara isə xalq artisti belə cavab verib:

"Cahad onun haqqında danışmağa icazə vermir. Bir verilişdə adını çəkən kimi zəng vurub əsəbiləşir. Deyir, bəsdir mənlə reytinq qazandın. Şou-biznesin bir Brilliantı var, onun da yeganə oğlu. Hamını maraqlandırır, suallar verirlər, mən də cavablandırıram".

B.Dadaşova həmkarları Aygün Kazımova və Ramal İsrafilov arasında yaranan qalmaqal haqda jurnalistin sualına isə belə cavab verib:

"Kimlərinsə ürəyində nəsə qalır, bəhanə edib iç üzlərini göstərirlər. İstəyirlər unitazın qapağını qaldıranda da onların başı çıxsın. Əxlaqsızlıqla da olsa, biabırçılıqla da olsa, təki dillərdən düşməsinlər. Bu yolla gündəmdə qalmağa razıdırlar".

Xatırladaq ki, Aygün Kazımova Ramalın "Biletini alma" mahnısını səsləndirib. Ramal isə açıqlamasında xalq artistinin ifasından qane olmadığını desə də, sonradan bu sözlərinə görə müğənnidən üzr istəyib.

AzNews.az