- Köhnə - Şou-biznes
- 12 Mart 2014 16:17
- 3 714
Roza: “Yenə açıq-saçıq səhnələr olacaq“
Axşam.az-ın müxbiri ilə söhbətində sənətçi yeni ekran işində də açıq-saçıq səhnələrin yer alacağını bildirib:
"İki ay sonra ikinci klipimin çəkilişlərinə başlayacağam. Bu ekran işi də maraqlı və səs-küylü olacaq. "Tı i ya" klipində açıq-saçıq səhnələri aktyorlar canlandırmışdı. İkincidə də belə olacaq. Açıq-saçıq epizodlar aktyorlara həvalə olunacaq. Bu dəfə klipdə parti verəcəyəm".
Son vaxtlar geyimləri ilə gündəmə gələn R.Zərgərli bunlara da aydınlıq gətirib:
"Bu yaxınlarda bir libasım səs-küy doğurdu: sinə dekolteli paltar. O paltarın sinəsi bej rəngli tüldən idi. Məni bunlar yox, insanların yazdığı şərhlər narahat edir. Doğru olmayan tənqidlər, tərbiyəsiz kəlmələr yazırlar. O tip insanların işi-gücü ancaq oturub sosial şəbəkələrdə belə sözlər yazmaqdır. Onlara normal baxmıram. Belə şeylər məni narahat edir".
AzNews.az