Bu müğənni hərbi hissədə konsert verəcək



Müğənni Bəhruz Ozan hərbi hissədə konsert verəcək.

Bu barədə AzNews.az-a açıqlamasında müğənninin özü məlumat verib. Onun sözlərinə görə, konsert bu gün Beyləqan rayonundakı N saylı hərbi hissədə baş tutacaq: "Novruz bayramı ilə əlaqədar əsgərlər qarşısında böyük bir konsert keçiriləcək. Həmin konsertdə mən də repertuarımda olan mahnılardan bir necəsini təqdim edəcəyəm. Evlərindən uzaqda, hərbi hissədə vətən keşiyində olan hər bir əsgərimizi yad etmək sənət adamlarının borcudur".

Bahar
AzNews.az