01:30
(077) 610-22-33

Hüseyn Dərya niyə intihar etdi? – Səbəblər

  • >
3 972 15 Mart 2014 18:46 | Şou-biznes

Bu gün vəfat edən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya barədə ilginc məlumatlar yayılmaqda davam edir. Bəlli olduğu kimi reper qəzadan sonra onu avtomobildən çıxarmaq istəyən sürücüyə ölmək istədiyini deyib. Bundan əlavə, onun keçmiş həyat yoldaşı da Hüseyn Dəryanın intihar etdiyini bildirib.
AzNews.az-a daxil olan məlumata görə, reperin qəzaya düşdüyü gün, səhər saatlarında bacısı ilə dalaşıb və o əsəbi şəkildə bacısı evini tərk edib. Qeyd edilir ki, reper bacısı gildə qalırmış. Davaya səbəb isə bacısının onun evə gec gəlməsi, yuxudan gec durması, normal həyat sürməməsi ilə bağlı iradları olub. Bizə məlumat verən şəxsin sözlərinə görə, H.Dərya bacısı ilə dalaşdığını və bir də o evə dönməyəcəyini yaxın dostlarına bildirib. Reperə yaxın olan, amma adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, Hüseyn həmin gün pulu olmadığından kimdənsə gedib 50 manat pul borc alıb: "50 manat pulu var idi, içmək istəyirdi. Düzdü əsəbi idi, amma intihar edəcək durumda deyildi. Nikbin idi. Kimdənsə təklif almışdı. Ona 20 min manat pul verəcəkdilər ki, yeni klipini çəksin. Elə buna görə də yaxın vaxtlarda vəziyyətinin düzələcəyini, özünə kirayə ev tutacağını deyirdi".

Qeyd edək ki, onun bacısı ilə dalaşması xəbəri artıq mətbuatda yayılıb. Yayılan xəbərlərə görə, o son nəfəsində bacısını istəyib.

Xatırladaq ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində baş vermiş yol qəzasında Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili KaMAZ markalı maşına çırpılıb. Ağır vəziyyətdə 3 saylı Klinik Xəstəxanasına yerləşdirilən reper bu gün səhər keçinib.

Azər
Bağla X