23:06
(077) 610-22-33

“Məni ölümlə hədələyirlər” – Hüseynin son müsahibəsi (VİDEO)

  • >
4 990 16 Mart 2014 10:32 | Şou-biznes

"İki həftə dayanmadan gündə beş dəfə intihar planlaşdırmışam"



Hüseyin Dərya ölümündən bir müddət öncə yerli telekanallarda yayımlanan verilişə verdiyi müsahibə gecədən etibarən sosial şəbəkəni bir-birinə qatıb.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, məşhur rep ifaçısının söylədikləri dünənki qəzanın təsadüfən törədilmədiyi şübhəsi yaradır. Bəlkə də Hüseyn Dərya intihar etmişdi?

Müsahibəyə qulaq asan hər kəs belə düşünür. Hüseyn sözlərini bununla başlayır: "Mən hiss edirəm ki, bizim bu günki danışığımız şən notlar üzərində dinlənilməyəcək". Doğurdan da elə oldu, reperi sevənlər ancaq göz yaşları içində bu kadrlara baxa biliblər.

Hüseyn Dərya peşmandır? sualına belə cavab verib: "Doğulmağıma peşmanam. Bəlkə də dünyaya gəlmə ixtiyarım öz əlimdə olsaydı, Allaha yalvarırdım ki, məni yaratmasın".

Maraqlı ifadələrdən biri də, səni öldürmək istəyiblər? Sualına verdiyi cavab olub: "Bəli, məni və mənim uşağımın anası Sonaya da hətta zəng vurub məni ölümlə hədələyiblər. Amma mən öləcəyimə sevinən insanam".

Dərya çəkiliş zamanı intihar etmək istəklərindən danışaraq, iki həftə dayanmadan gündə beş dəfə intihar planladığını bildirib: "Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, mənim yaşadığım hər bir gün cəhənnəmə gedəcəyim bir addımdır. Hər günüm cəhənnəmə bir odun artırır. Ona görə də ölüm mənim üçün mükafat olardı".

Ötən gün xəstəxanada vəfat edən Hüseyn bəlkə də mükafatını aldı: "Mənim üçün ən böyük mükafat ölüm olardı". Müsahibəsini bu cümlə ilə bitirdi.
Bağla X