Abbas Bağırov: “İlk dəfə İPad-i məndə gördülər“

Əməkdar artist Abbas Bağırov həmkarlarının ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, müğənni "Xəzər" telekanalında yayımlanan "Starlife" verilişinə açıqlamasında bir çoxlarının onu təkrarladığını iddia edib:

"Nə edirəmsə, başlayırlar təkrarlamağa. Hamı məclislərdə mini-disklərdən istifadə edirdi. Mən xüsusi səsyazma aparatından istifadə etdim. İndi də onu təkrar edirlər. İlk dəfə "iPad"i məndə gördülər. Həmkarlarıma bir ismarışım da var: hamıdan xahiş edirəm, məndən hansısa mahnının aranjimanını istəməsinlər. Onları yazdıranda vəsait verirəm, əziyyət çəkirəm. Getsinlər, onlar da pul ödəyib, zəhmət çəkib aranjiman etdirsinlər".

Abbas Anar Məmmədovun yeni bəstələri üzərində çalışdığını bildirib:

"Anar Məmmədovdan iki mahnı hazırladım. Üçüncünün də hazırlıqlarına başladıq. Həmkarlarımdan kimsə oxumaq istəsə, zəhmət olmasa müəllifin özündən icazə alsınlar".

AzNews.az