09:03
(077) 610-22-33

İzzət Bağırov: “78 manatlıq telefon işlədirəm“

  • >
1 660 19 Mart 2014 13:05 | Şou-biznes

Müğənni İzzət Bağırov şou-biznes nümayəndələri arasında ən çox avtomobil dəyişən ifaçılardandır.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Şou+" verilişinə açıqlamasında deyib:

"Ən tez-tez maşın dəyişən müğənni ola bilərəm. Amma ən bahalı avtomobil sürən mən deyiləm. Sənətçi var ki, 200 minlik maşında gəzir. Eyni avtomobil məni sıxır. Ona görə də tez-tez dəyişirəm".
Aparıcının "Bayramda hansı sənətçinin qapısına papaq atarsan" sualına İzzət belə cavab verib:

"Vasif Məhərrəmli, Nadir Qafarzadə, meyxanaçı Vüqarın qapısına papaq atardım. Xanım ifaçılardan isə heç kimin".

Sənətçi deyib ki, onun yekəxana olması haqda fikirləri insanlarda aktyorlar Müşfiq Şahverdiyevlə Fərda Xudaverdiyev formalaşdırıb:
"Parodiyalarda mənlə bağlı "Qoy, 2 min manatlıq telefonuma cavab verim" kimi ifadələr işlədirdilər. Heç vaxt 2 min manatlıq telefon işlətməmişəm. Hazırda əlimdə köhnə bir telefon var, onu da 78 manata almışam".


AzNews.az
Bağla X