10:20
(077) 610-22-33

Primadonna küsülü olduğu müğənni ilə barışdı

  • >
2 290 19 Mart 2014 15:54 | Şou-biznes

Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyeva ilə küsülülüyə son qoyub.

Axşam.az-ın məlumatına görə, müğənnilərin barışmasında vasitəçi əməkdar artist Cavanşir Məmmədov olub. E.Seyidcahan 8 martda İ.Quliyevaya zəng vuraraq təbrik etdiyini bildirib:

"Böyüyümüz Cavanşir Məmmədovla danışdıq. O, aramızda vasitəçi oldu. Ondan əvvəl isə "Space" telekanalında İlhamə xanımın "Ağ çiçəyim" mahnısını oxuduğunu eşitdim. Mən də böyük sənətkarımıza zəng vurub həm bayramını təbrik etdim, həm də aradakı soyuqluğu yox etmək istədim. Bizim aramızda söz aparıb-gətirənlər, ara vuranlar oldu. Danışıb bu anlaşmazlığı ortadan qaldırdıq. İlhamə xanım sənət dünyamızda çox sevilən bir ifaçıdır. Sevindirici haldır ki, onun tarixə yazılan ifaları arasında mənim də bəstəm yer alır. Bundan sonra da İlhamə Quliyevaya yeni mahnılar hədiyyə edəcəyəm. Onlar arasında lirika da, ritmik bəstələr də yer alır".

Qeyd edək ki, İ.Quliyeva konsertində onunla birlikdə səhnəyə çıxacağını deyən Elza Seyidcahana sərt cavab vermişdi: "Mən məgər o səviyyənin adamıyam ki, Elza Seyidcahanla bir səhnəyə çıxım?".

AzNews.az
Bağla X