12:33
(077) 610-22-33

“İffet” serialı izləyiciləri şoka saldı

  • >
1 501 28 Avqust 2012 10:23 | Şou-biznes

Ssenarist: “Bu yeniliyi bəyənməsəniz, serialın yayımı dayandırılacaq”


Yeni mövsümdən yayımını davam etdirən Türkiyənin ən reytinqli seriallarından biri olan "İffet"in ssenarisi dəyişildi. Bu mövsümdə serialın izləyiciləri tam fərqli mövzularla qarşılaşacaq.

Xatırladaq ki, "İffet" ilk dəfə olaraq 1982-ci ildə film şəklində yayımlanıb. Həmin filmin ssenarisi əsasında sonradan "İffet" teleseriyalı çəkilib. Belə ki, həmin filmdə təcavüz olunmuş bir qızın sonradan zəngin olması və düşmənindən qisas almasından söhbət gedirdi. "İffet" serialının birinci mövsümündə də hadisələr eyni ilə təsvir olunmuşdu. Bu mövsümdən isə baş qəhrəmanın düşməni ilə xoşbəxt ailə həyatı yaşadığı əks olunur.

Dünən gecədən start götürən serial tamaşaçıları şoka salsa da, maraqla izlənib. Həmçinin, onlarda xeyli suallar doğurub. İzləyicilərin narahatlığına son qoymaq üçün ssenarist "twitter" sosial şəbəkəsindən bəzi suallara aydınlıq gətirib: "Dostlar, biz seriyalın film mövzusuna baxmışıq. "İffət" serialının birinci mövsümündə də həmin ssenarini reallaşdırdıq. Bu mövsümdən isə sizin görüşünüzə yeniliklərlə gəlmək istədik. İndi də gəlin, serialda o qızı xoşbəxt edək. Bu yeniliyi əgər, siz bəyənməsəniz, izlənməzsə, o zaman serialın yayımı dayandırılacaq. Amma mən sizə əmin edirəm ki, bildiyiniz bir sonluğa baxmaqdansa, bilmədiyiniz yeniliklər sizi daha çox cəlb edəcək"

Əminə
AzNews.az
Bağla X