“Bizimkiləri Gürcüstanda efirlərə süpürgəçi də götürməzlər” “Bizimkiləri Gürcüstanda efirlərə süpürgəçi də götürməzlər”

Əli Mirəliyev: “Vəzifəli adamlar Manana kimiləri görəndə kərə yağı kimi əriyir”

“Bizimkiləri Gürcüstanda efirlərə süpürgəçi də götürməzlər”


"Azərbaycanda götürüb ermənilərə fəxri adlar verəndə görünmərəm də. Mən həmin adamlar olan yerə getmək istəmirəm. Manana erməni əsillidir, Əməkdar artist adını alıb. Bu gün-sabah Xalq artisti də olacaq. Xalqın mənim kimi sənətkarlarına hörmət qoymurlar". Bu ittihamla AzNews.az-da Əməkdar artist, tanınmış gitara ifaçısı Rəmiş çıxış edib.

Müğənni Əli Mirəliyev AzNews.az-a açıqlamasında sənət dostunun fikirləri ilə razılaşdığını dedi: "Rəmiş düz deyir. Amma bunu Rəmişdən də əvvəl mən demişəm. Bu gün də deyirəm. Azərbaycanda başqa millətlərin nümayəndələrini qabağa çəkirlər, onlara dövlət rəsmiləri tərəfindən kifayət qədər dolanmaq, biznes qurmaq üçün maddi imkan yaradırlar. Manananın adına restoran da vardı. Mənim adıma niyə restoran yoxdur? Qadın deyiləm axı. Manana kimdir ki, gəlib Azərbaycanda meydan sulayır? Amma gəlin görək, Azərbaycanın ən bərk gedən sənətkarını Gürcüstanın hansı kanalının efirinə buraxarlar? Buraxmazlar. İnandırım sizi ki, bizimkiləri Gürcüstanda efirlərə süpürgəçi də götürməzlər. Amma biz Manana kimilərini başımıza çıxarmışıq. Yaltağıq, Manana kimilərini görəndə vəzifəli adamlar kərə yağı kimi əziyyətlə əriyir. Bu adam Azərbaycan dilini bilmir. O, necə Azərbaycanın Xalq artisti adını daşıya bilər? Vallah, görəcəkli günlərimiz var. Elə pis üzümüz var ki, Səməd Səmədovla yanaşı onu da Xalq artisti kimi təqdim edəcəyik. Ay ona Xalq artisti vermək istəyən məmur, Manana Sizlərin ona etdiyinizin müqabilində o, hansısa bir azərbaycanlını Gürcüstan efirinə çıxardıb?"

Lalə
AzNews.az