Müğənni oğluna brilyant tac bağışladı

Müğənni Xatirə İslam 1 yaşlı oğlu Emilə ad günündə dəyərli hədiyyə verib.

Axşam.az-ın məlumatına görə, sənətçi uzun müddətdir evində saxladığı brilyant qaşlı tacını ona bağışlayıb:

"Bu tac uzun illərdir məndədir. Emilin ad günündə qərara gəldim ki, ona bağışlayım. Mənim ən dəyərli varlığım övladımdır".

Oğlunun təmtəraqlı ad günü mərasimindən danışan sənətçi tədbirdən sonra ailə üzvlərinin xəstələndiyini deyib: "Hamımız - həyat yoldaşım, anam, oğlum qrip olmuşuq".

AzNews.az