20:46
(077) 610-22-33

Zöhrə Abdullayeva Rəmişdə səhv tutdu

  • >
2 326 3 Aprel 2014 13:05 | Şou-biznes

Tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq Hüseynov) Hüseyn Dərya ilə bağlı açıqlama verərəkən "şou-biznesin 99 %-i narkotik istifadəçisidir" fikrini söyləməsinə Zöhrə Abdullayeva reaksiya verib.

Zöhrə Abdullayeva AzNews.az-a açıqlamasında bildirib ki, incəsənət sahəsində insanların sağlığında bir-birinə qiymət verməmək, etinasızlıq və soyuqluq vərdişi var: "Bu bizim ruhumuzda var. Hüseyn Dərya isə nə etdisə, özünə elədi. Özündən başqa heç kimə ziyan vurmadı. Onun da Rəmişin Gülüsü kimi bir ürəyiyananı olsaydı indi yaşayardı. Əlbəttə keçmiş həyat yoldaşı Sonanın haqqını da itirmək olmaz. Sona çox mücadilə apardı, əziyyət çəkdi həm sevgisi, həm də dözümü ilə".

Z. Abdullayevanın sözlərinə görə, şou biznesin 99 faizinin narkoman olmasıyla bağlı deyilənlər həqiqəti tam əks etdirməsə də, qismən doğrudur: "Düzdür, 99 faiz həddən artıq yüksək rəqəmdir. Amma şou biznesin hardasa 50 faizi narkomandır".

İntiqam Valehoğlu
AzNews.az
Bağla X