Qadın meyxanaçısı italyanca oxuyacaq

"Toylar kraliçası" musiqi müsabiqəsinin qalibi, müğənni-meyxanaçı Samirə Yusifqızı italyan mahnısı ifa edəcək.

Bu barədə AzNews.az-a sənətçinin özü məlumat verib.
S. Yusifqızı bildirib ki, bu dəfə də özünü fərqli janrda sınamaq niyyətindədir: "İtalyan dilində ifa edəcəyim mahnıda duet tərəfdaşımın 10 yaşı var. Adı da Nihatdır. O bir sıra beynəlxalq müsabiqələrin qalibi olub, çox istedadlıdır".

O da məlum olub ki, S.Yusifqızı bu yaxınlarda nənə olacaq: "Allah bu sevinci hər kəsə qismət eləsin. İnşallah yaxın günlərdə qızımın övladı dünyaya gələcək".

İntiqam Valehoğlu
AzNews.az