Tolikdən Oksanaya sərt sözlər

Rəqqasə Oksana Rəsulova prodüser Toliki qəzəbləndirib.

Axşam.az-ın məlumatına görə, Oksana, "Onlar"ın kamerası qarşısında onu bayram münasibətilə təbrik edən həmkarı Fatimə Fətəliyevanı cavabsız qoyub. Oksananın bu hərəkəti Toliki özündən çıxardıb:

"Oksananın Fatiməyə qarşı münasibətini gördüm. Dünənki uşaq-muşağın hərəkətinə əsəbiləşdim. Fatiməyə baxanda Oksana dünənki uşaqdır. Fatimənin yerində olsam, ona cavab verməzdim. Onun cavabını verdikcə özünü yuxarı sayacaq".


AzNews.az