Röyanın prodüseri əsəbləşdi: “Onu yazan qələt edir”


Müğənni Röyanın aprelin 18-də Moskvanın "Kreml" sarayında verəcəyi konsertlə bağlı təzadlı xəbərlər yayılmaqdadır. Sosial şəbəkələrdə və bəzi saytlarda 6000 nəfərlik tamaşaçı tutumuna malik olan sarayda keçiriləcək konsertə cəmi 150 biletin satıldığı barədə məlumatlar əks olunur.

AzNews.az məsələ ilə bağlı sənətçinin prodüseri Kənan Bayramovla əlaqə saxlayıb. Prodüser əvvəlcə yazılanlar barədə danışmaq istəməsə də, sonrada məsələyə kəskin reaksiya verib:

"Onu yazan qələt edir. Əgər bilet satışı istənilən səviyyədə olmasaydı, konserti çoxdan təxirə salmışdım. Kim bilet satışıyla maraqlanırsa, "Kreml" sarayının saytına girib baxa bilər. Orda onlayn satışdır".

Qeyd edək ki, Röyanın "Mənəm" adlı solo konserti aprel ayının 18-də Moskva Dövlət Kreml Sarayında baş tutacaq.

İntiqam Valehoğlu
AzNews.az