Aylıq gəliri 60 min AZN olan məşhur aktrisanın arıqlama kursu açıqlandı Aylıq gəliri 60 min AZN olan məşhur aktrisanın arıqlama kursu açıqlandı

1 həftə içində 5 kilo arıqladı

Aylıq gəliri 60 min AZN olan məşhur aktrisanın arıqlama kursu açıqlandı


Məşhur aktrisa Hazal Kaya Türkiyənin ATV telekanalında yayımlanacaq yeni "Son Yaz-Balkanlar" serialında rol aldıqdan sonra xüsusi arıqlama metodundan istifadə edir. Gənc sənətçi bu metoddan istifadə etməklə 1 həftə içində 5 kilo arıqlayıb.

Qeyd edək ki, o, yalnız arıqlamaqla qalmayıb: bədənini toksinlərdən də təmizləyib. Hazal Kaya, bu xüsusi prosedurlar zamanı əsasən lif və tərəvəzlərdən istifadə edib. Əsasən səhərlər limon suyu içən aktrisa bədəninin qələvi mühitini gücləndirib. O həmçinin, Duşa girməzdən əvvəl bədənini susuz olaraq kisə ilə ovalayaraq toksinlərdən xilas olub.
Aerobika ilə məşğul olan aktrisa qan dövranını sürətləndirərək ürəyinin güclənməsinə də nail olub. Aktirisa çoxlu yaşıl tərəvəz tükədib. Bu sayədə bədəni oksigen və maqnezium ilə balanslaşıb.

Qeyd edək ki, Hazal bu müalicə kursuna cəmi 110 lirə (təxminən 55 AZN) pul xərcləyib. Aktrisanın aylıq gəliri 20 min manatdan 60 min manata qalxıb.

Əminə
AzNews.az