21:10
(077) 610-22-33

Manana: “ Əli Mirəliyev və Rəmiş Prezidentdən üzr istəməlidilər”

  • >
1 362 30 Avqust 2012 10:44 | Şou-biznes

Bir neçə gün əvvəl AzNews.az-a müsahibə verən Rəmiş və Əli Mirəliyev Manananın erməni əsilli olduğunu qeyd ediblər və ona fəxri adların verilməsinə etirazını bildiriblər. Məsələylə bağlı əməkdaşımızla söhbət edən Manana isə ittihamları belə cavablandırıb: "Bu yalandır. Niyə mənim adıma söz çıxarırlar, başa düşmürəm. Mənə bu adı verərkən yuxarıda duranlar hər şeyi fikirləşib, ölçüb-biçiblər.

Bundan əlavə, MTN var, Mədəniyyət Nazirliyi var, onlar hər şeyə nəzarət edir, nəyisə gizlətməkmi olar? Rəmişi tanıyıram və ona hörmətdə eləyirəm, amma Əli Mirəliyevi tanımadım. Sizdən öyrənirəm ki, yaşlı adamdır . Yuxarıdan Allah baxır, mən öz haqqımı halal edirəm. Demirəm mənə belə söz dediklərinə görə gəlib üzr istəsinlər. Amma Prezidentimizdən, Mədəniyyət Nazirimizdən üzr istəsinlər. Mənə belə bir ittiham eləmək onların verdiyi qərarı şübhəyə almaq deməkdir".

Əminə
AzNews.az
Bağla X