"Sadəcə o gün mənim ən gərgin günlərimdən biriydi" "Sadəcə o gün mənim ən gərgin günlərimdən biriydi"

AzNews.az-la Elnurun qalmaqalına aydınlıq gətirildi

"Sadəcə o gün mənim ən gərgin günlərimdən biriydi"



"İnanın ki, mən pis insan deyiləm. Bunu hər kəs bilir və görür. Yardım və xeyriyyə bəhanəsiylə mənə çox adam zəng edir. Çalışdığım qədər çoxuna kömək etməyə çalışıram. Heç birini də mediaya bildirmədən. Çünki mən bunları öz mənəvi rahatlığım üçün edirəm. Sağ əlin verdiyini sol əl bilməməlidir". Bu sözləri AzNews.az-ın əməkdaşına müğənni Elnur, bir müddət öncə saytımızda gedən materiala münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xeyirxah işlərdə həmişə öndə olduğu halda xalqa bunun əksi kimi tanınmaqdan çox narahat olub: "Siz zəng edən gündən əvvəlki gün bir ad gününə dəvət etmişdilər. Ailə imkansız olduğunu dedi və mən də pul almadım. Amma sonra öyrəndim ki, məni aldadıblar, yetəri qədər pulları varmış. Bu hadisədən sonra isə siz zəng etdiniz və mən də həmən hirslə cavab verdim. Xalqa səhv tanınmaq istəmirəm. Uşaqlarımızı da, bütün Azərbaycan xalqını da çox sevirəm".

Xatırladaq ki, bir müddət öncə Elnura zəng edib kimsəsiz uşaqlar üçün təşkil edəcəyimiz xeyriyyə konsertində iştirak etməsini xahiş etmişdik. Müğənni isə xeyriyyə konsertlərindən bezdiyini və "bir dəfə də pullu tədbirə çağırın" demişdi.

Əminə
AzNews.az