Rəqsanə: “Köhnə süjetlərimə baxanda utanıram“

Müğənni Rəqsanə İsmaylova onu sevənləri təəccübləndirəcək açıqlama verib.

Anspress-in məlumatına görə, son günlər medianın gündəmindən düşməyən, özünü ən çox tələb olunan toy müğənnisi adlandıran ifaçı şou biznesdən uzaqlaşacağını bildirib. Rəqsanə qalmaqallardan uzaq düşməyinə heç də heyfslənmir, bəs görəsən elə qalmaqal, dava-dalaşı ilə tanınan müğənni bundan sonra sənətinə necə davam edəcək? Bütün bu suallara Rəqsanə ANS telekanalında yayımlanan "Şou biz" verilişinə özü cavab verib: "Mən qalmaqallardan uzaq durmağa çalışıram. Gəlirəm, mahnımı oxuyuram, çıxıb gedirəm. Söz-söhbətlərdə olmaq istəmirəm. İndi özümü qınayıram ki, gərək elə vaxtında da heç kəsə baş qoşmazdım. Kaş ki, çox şeylər danışmazdım. Çünki bunlar hamısı ətrafdan çox biyabırçı görünür, ayıbdı. İnanın ki, elə tamaşaçılarda artıq yorulublar qalmaqal görməkdən".

Bundan əlavə olaraq müsahibə verən ifaçı köhnə süjetlərinə baxanda utandığını vurğulayıb.

AzNews.az