22:19
(077) 610-22-33

Rəqqasə Fatimə ilə rəqqas Şəhriyarın davası - Qalmaqal

  • >
3 145 30 Avqust 2012 19:03 | Şou-biznes

"Mən o, adam barəsində danışmaq istəmirəm. Heç kəsi reklam etməyə halım və həvəsim yoxdur. Şəhriyar da onlardan biridir. O, istəyir ki, mənim adım altında reklam olunsun. Amma mən buna yol verməyəcəm". Bunu AzNews.az-a rəqqasə Fatimə bildirdi.

İncəsənət Universitetini ötən il bitirən rəqqasə hazırda Fərhad Əliyevdən dərs aldığını, böyük layihələrin məhz ona həvalə olunduğunu dilə gətirdi: "Sənətim olmasa, böyük layihələri mənə etibar etməzlər. Mən sənətlə məşğulam. Həqiqət də var ki, çoxları məni qalmaqallı kimi qələmə verib. Burada da özüm günahkaram. Kiməsə reklam lazım olub, Fatimənin ünvanına bir-iki döşəyib. Mən də onlardan qıcıqlanıb nə gəldi demişəm. Nəticədə onlar reklam olunub. Halbuki onların adları heç bir yerdə yoxdur. Bu gün rəqqasə deyiləndə kim yada düşür? Fatimə. Şükürlər olsun ki, tanınmışlardan heç biri solo konsert proqramı verməyib. Konsertdə 13 nömrə oynamışam. Bircə rəqqas və rəqqasə göstərin ki, o, solo konsert versin. Bu bir əziyyətdir, buna qiymət verməmək günahdır. İlham Kərimli kimdir? Mən onunla ailə dostuyam, həmkaram. Yeri gələndə mən ona təkan vermişəm ki, tanınsın. Mənə heç kəs təkan verməyib. Əlimdən tutub sənətə gətirməyib. "O, İlhama çox sağ ol deməlidir" sözü ilə razı deyiləm. Bu nə deməkdir? Mən artıq Fatiməyəm.".

Rəqqas Şəhriyar Cəfərov isə "Fatimə səhnəyə restorandan gəlib. O, uşaqlıqdan bir ara özfəaliyyətdə işləyib, "sənətə" ara verib. Sonra restoranda "Oriental" rəqslər oynayıb. Bundan bir şey çıxmadığını görəndə "Oriental" libasını milli paltarla əvəzlədi" dedi.

O bildirib ki, Fatimə bu gün rəqqas İlhama borcludur: "İlham ona bir iki hind hərəkətləri öyrətdi. Hazırda Fatimə özünü hind rəqslərinin mahir ifaçısı kimi təqdim edir. Həqiqətdə isə hind rəqsindən tamamilə xəbərsizdir. Ona da bu sənəti Oksana Rəsulova öyrətdi. Fatimə zəng edib məni təhqir etdi. Bunu ona qadın olduğuna görə keçdim. Amma zamanı gələndə o, cavabını ağır alacaq. Mən dediyim sözün arxasında dururam. Deyir ki, mən solo konsert keçirmişəm. Nə olsun? Elə konsertin gündə birini verərəm. Söhbət konsertin keyfiyyətindən, onun ifaçılıq sənətindən gedir. O, sinəsinə döyür ki, "mən Fərhad Vəliyev kimi bir baletmestrdən rəqs öyrənirəm". Faciə budur ki, Fərhad Vəliyev öz səviyyəsini, öz quruluşlarını qeyri-peşəkar ifa tərzinə malik olan rəqqasə Fatiməyə təqdim edir. Fatimə bir şeyi anlasın ki, Fərhad Vəliyev bunu aldığı pulun müqabilində edir. Pulunu alıb rəqsini qurur. Amma onu necə ifa edir, bu artıq Fatimənin peşəkarlığından aslıdır. Fatimə peşəkar olmayıb, olmayacaq da. Peşəkar olmaq üçün Xoreoqrafiya məktəbini bitirmək lazımdır. Əgər o, bu sənətə 24 yaşından sonra başlayıbsa, bu adam peşəkar ola bilməz. Getsin öz müəllimliyini cibində gəzdirdiyi diplomla təqdim etsin".

Bahar Rüstəmli
AzNews.az
Bağla X