Xatirə İslam gəlinliyini satışa çıxardı- FOTO

Müğənni Xatirə İslam gəlinlik libasını satışa çıxarıb.

Bu haqda Axşam.az saytına sənətçi özü xəbər verib.

"Gəlinlik libasım çox dəyərlidir, amma həcmi böyükdür. Evdə yer tutur. Düşündüm ki, onu bundan sonra nə edəcəm? Vaxt keçdikcə dəbdən də düşür. O qədər pul vermişəm, xarab olur. Heyfim gəldi, ona görə də satmaq qərarına gəlmişəm. Mənə necə düşərli oldusa, yeni sahibinə də o cür uğur gətirəcək" - deyə sənətçi bildirb.

Qeyd edək ki, Xatirə İslam açıqlamasında gəlinlik libasını xüsusi tikdirdiyini və onun üçün 15 min manat xərclədiyini bildirmişdi.


AzNews.az