Mən bu barədə heç kimə müsahibə verməyəcəkdim, çünki danışdıqca düşürəm Zorikin səviyyəsinə... Mən bu barədə heç kimə müsahibə verməyəcəkdim, çünki danışdıqca düşürəm Zorikin səviyyəsinə...

Natəvan Həbibi: “Zorik işsizlikdən bu yollara düşüb” - Eksklüziv

Mən bu barədə heç kimə müsahibə verməyəcəkdim, çünki danışdıqca düşürəm Zorikin səviyyəsinə...



Neçə vaxtdır davam edən müğənni Natəvan Həbibi- prodüser Zörik kimi tanınan Zöhrab Ağayev qalmaqalı pik həddə çatıb. Məlumata görə, klipmeykerin yazılı müraciətindən sonra N. Həbibi Səbayel rayon 9-cu Polis Bölməsinə çağırılıb, izahatı alındıqdan sonra sərbəst buraxılıb. Müğənni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 52 AZN məbləğində cərimə olunub.

Müğənni Natəvan isə AzNews.az-ın əməkdaşına bildirib ki, bütün bunların yalan xəbərlərdir: "Bütün bunlar böhtandır. Heç bir polis söhbəti olmayıb. Mən çalışıram ki, bu barədə az danışım. Çünki danışanda düşürsən Zöhrabın səviyyəsinə. Zorik sadəcə mənim işçim idi.

Sonra onu qovdum. İşsiz qalan hər bir kəs min yola əl atır. Mən bu qalmaqallardan çox vaxtımı sənətimə ayırmışam. Ona görə də heç yerdə münasibət bildirmirdim. Münasibətimsə... hələ ki, gülürəm və heç nə demək istəmirəm".

Əminə
AzNews.az