Bilal Əliyev ölkəni tərk edir

"Mən bir neçə gündən sonra Azərbaycandan çıxacam". Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev dedi. Sənətçinin bildirdiyinə görə, o, 17 Avropa ölkələrində səfərdə olacaq: "Konsertlərim var. Bütün biletlər satılıb. Repertuarda ancaq Azərbaycan mahnılarıdır.

Azərbaycanın çox gözəl bəstəkarları və onların da populyar mahnıları var. Bunlar xarici ölkələrdə səslənməlidir. Onların arasında dahi bəstəkar Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Ramiz Mirişlinin bəstələri, xalq mahnıları və muğamlarımız üstünlük təşkil edəcək".

B.Əliyev dedi ki, bu mövsümdə Azərbaycanın bütün rayonlarını qarış-qarış gəzəcək: "Bu konsertlərdə mənimlə bərabər gənc istedadlılar da olacaq. Konsertdə isə bizi "ideal sülh" adlı ansanbıl müşayiət edəcək. Bir nov solo konsert layihəsi həyata keçirəcəyik. 3 saat davam edəcək konsertdə hər bir ifaçı iki mahnı oxuyacaq. Onlardan biri vətənpərvərlik ruhunda yazılan mahnılar olmalıdır. Tamaşaçılar məndən ancaq canlı ifa eşidəcəklər".

Bahar
AzNews.az