10:32
(077) 610-22-33

Teymur Əmrahın azan oxumağı qalmaqal yaratdı

  • >
1 334 5 Sentyabr 2012 10:20 | Şou-biznes

Alim Qasımov: “Azan oxuyan sənətkar dini qaydalara əməl etsin, oruc tutub, namaz qılsın” Elnarə Abdullayeva: “Azan verən tək Alim Qasımov deyil ki...”


"Mən Teymur Əmrahın ifasında azanın tamaşaçılar tərəfindən seviləcəyinə əmin deyiləm. Gərək o, ilk öncə azanı desin, sonra onu studiyada yazdırmaq haqqında düşünsün. Bəlkə Teymurun ifasında bu pis nəticə verəcək?" Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov AzNews.az-a açıqlamasında belə dedi.

Xanəndənin fikrincə, azan oxuyan ifaçı dini qaydalara riayət eləsə, daha yaxşı olar: "Yaxşı olar ki, azan oxuyan sənətkar dini qaydalara əməl etsin, oruc tutub, namaz qılsın. Belə adamlar Allaha yaxın olurlar. Hər şey insanın içindən gəlir. Elə mənim ifamda da bu belə alındı. Namaz vaxtı idi. Özümdə də dostumun toyunda idim. Namazı qıldım və bədahətən azan alındı. Azan hər bir insanın Allaha müraciətidir. Mən o ifanı studiyada yazdırmamışam. Hələ azan çox iş tələb edir. Qismət olsa, mən onun üstündə yenidən işləyəcəm. Əgər işlərim effektli olarsa, ona klip də çəkdirməyi düşünürəm".

Xanəndə Elnarə Abdullayeva isə azanın təkcə Alim Qasımova aid olmadığını bildirdi: "Azan deyən tək Alim Qasımov deyil ki... Bu gün azan deyənlərin sayı çoxdur. Hamısı özlərinə görə oxuyandı. Əgər Allahın izni olsa, hamı azan çəkə bilər. Namaz qılmaq, oruc tutmaq insanların mənəviyyatına qalır. Heç kəsin ixtiyarı yoxdur ki, kiməsə qadağa qoysun. Sən namaz qılmırsansa, azan vermə desin. Bəlkə Allah elə onu azan çəkməklə yoluna qaytaracaq. Ondan sonra o, namaz qılmağa başlayacaq. Dünyanın işini bilmək olmur. O ki, qaldı mənə, oxuduqlarım hamısı ilahi varlıqlar haqdadır".

Bahar
AzNews.az
Bağla X